ABŞ-nin xarici ticarət kəsiri iyulda 8% artaraq 78,8 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Bu, 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.

İyul ayında ölkənin ixracı 1,3 milyard dollar artaraq rekord həddə - 266,6 milyard dollara çatıb. İdxal isə 7,1 milyard dollar artaraq 345,4 milyard dollara çatıb ki, bu da 2022-ci ilin martından bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 717,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,3% çoxdur.

 

Gözəl Həşimova