Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada sənədə imzaları iki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi imza atıblar.

Məlumata görə, iki lider arasında baş tutan görüşün nəticələrinə dair toplamda 18 anlaşma imzalanıb.