Çinin bu ilin yanvar-iyul aylarında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azalaraq 13,6 trilyon yuana (1,9 trilyon dollar) düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Çin yanvar-iyul aylarında büdcə xərclərini 2,5% artırıb, gəlirləri isə 2,6% azaldıb.

Vergi daxilolmaları 5,4% azalıb ki, bu da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar olub. Eyni zamanda, qeyri-vergi daxilolmaları 12% artıb.

 

Gözəl Həşimova