2024-cü ilin ən dəyərli futbol klubları açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda "Brand Finance" məlumat yayıb. 

Siyahının ilk pilləsində 1,8 milyard dollarla "Real Madrid" qərarlaşıb. "Mançester Siti" klubunun dəyəri isə 1,72 milyard dollardı. 3-cü sıranı isə "Barselona" klubu tamamlayır. Onun dəyəri 1,65 milyard dollardır.

2024-cü ilin ən dəyərli Futbol klublarının siyahısını təqdim edirik:

 1. "Real Madrid": 1,8 milyard dollar

 2. "Mançester Siti": 1,72 milyard dollar

 3. "Barselona": 1,65 milyard dollar

 4. "Mançester Yunayted": 1,49 milyard dollar

 5. "Liverpul": 1,47 milyard dollar

 6. "Bavariya": 1,32 milyard dollar

 7. PSJ: 1,29 milyard dollar

 8. "Arsenal": 1,06 milyard dollar

 9. "Tottenhem": 930 milyon dollar

 10. "Çelsi": 900 milyon dollar