Kanada hakimiyyəti Rusiya Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə naziri Sergey Şoyqu, maliyyə naziri Anton Siluanov və ədliyyə naziri Konstantin Çuyçenkoya qarşı sanksiyalar tətbiq edir.

Bunu Kanadanın baş naziri Castin Trüdo bəyan edib.

“Bu sanksiyalar 58 fiziki və hüquqi şəxsə, o cümlədən Rusiya elitasının nümayəndələri və onların ailə üzvlərinə qarşı yönəlib”, - deyə hökumət başçısı bəyan edib.

O, sanksiyaların Kanadanın müttəfiqləri ilə razılaşdırıldığını vurğulayıb.