Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova məlumat verib.

“Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiya işçiləri girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyi məsələsidir”, - o yazıb.