Rusiya prezidentin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün artıq Belarusa gedib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.

"Biz bu danışıqları Qomeldə başlamağa hazır olacağıq", - sözçü bildirib.