Qızılın qiyməti investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti addımını gözlədiyi bir zamanda cüzi artıb.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 3,25 ABŞ dolları və ya 0,2 % bahalaşaraq 1 unsiyası 1 672,35 dollar təşkil edib. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,59 % artaraq 1 unsiyası 19 600 dollar olub.

Ekspertlərin çoxu FED-in noyabr ayında uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə çatdıracağını proqnozlaşdırır.