Bolqarıstan parlamentinin deputatları ölkədə avronun dövriyyəyə buraxılması prosedurunu tənzimləyən qanunu qəbul ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xalq Məclisinin rəsmi saytında məlumat yayımlanıb.

Bildirilib ki, ölkədə avronun dövriyyəyə buraxılması haqqında qanun qəbul edilib.

Məlumata görə, ölkədə malların qiymətləri iki valyutada göstəriləcək.

O cümlədən, qanun yeni pul vahidinin dövriyyəyə buraxılması prinsiplərini, qaydalarını və prosedurlarını müəyyən edir və əhalinin yeni valyutaya uyğunlaşmasına imkan verən keçid dövrünü müəyyən edir.

 

Gözəl Həşimova