Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir.

“Air Astana” aviaşirkəti Almatı-Bakı reysi üzrə uçuşları noyabrın 7-dən bərpa etməyi planlaşdırır.

Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri “Embraer Е190-Е2” tipli təyyarə ilə həyata keçiriləcək.

Məlumata əsasən, “Azərbaycan Hava Yolları” da noyabrın 6-dan Almatı-Bakı reysi üzrə uçuşların həyata keçirilməsinə başlamağı planlaşdırır. Uçuşların həftədə bir dəfə – şənbə günləri “А-319” tipli təyyarə ilə həyata keçiriləcəyi gözlənilir.