Bu ilin yanvar-avqust aylarında Bakıda maaşlar cüzi azalıb.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu ilin 8 ayında ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0,5 % azalıb.

Bu ilin yanvar-avqust aylarında paytaxtda aylıq nominal əməkhaqqı 943,3 manat olub.