Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında məlumat verilib. 

Məlumata görə, 2022-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2247 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1737 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 507 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilmişdir. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45.7%-ni təşkil edb.