Norveç hökuməti altı ədəd F-16 qırıcısını Ukraynaya təhvil vermək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “VG” qəzeti Norveçin Baş naziri Yonas Qar Störe istinadən yazır.

"Norveç altı ədəd F-16 qırıcısını Ukraynaya pulsuz təhvil vermək qərarına gəlib", - Baş nazir ABŞ-də keçirilən NATO sammitində deyib.

Ukraynaya F-16 qırıcıları verməyə ilk olaraq Hollandiya və Danimarka razılaşıb. 

 

Sadiq Cavadov