Niderland pilotsuz təyyarələrin istehsalı üçün koalisiyanın birgə fonduna 20 milyon avro ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin dərc olunmuş press-relizində deyilir.

Gələcəkdə koalisiya digər pilotsuz uçuş aparatı növləri də daxil olmaqla təchizatı genişləndirmək niyyətindədir.

Niderland Departamentinin məlumatına görə, koalisiya bu ilin əvvəlində Ukrayna və Latviya tərəfindən yaradılıb, daha sonra Niderland və bir sıra digər ölkələr ona qoşulub.

 

Gözəl Həşimova