Yanvar ayı üzrə ÜDM-in tərkibində əlavə dəyərin real artımı, əsasən, turizm, ictimai iaşə, emal sənayesi, nəqliyyat, informasiya və rabitə sahələrində olub.

“Fins.az” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, bu sektorlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək dinamika qeydə alınıb.