Kiyevdə saat 22:00-dan 7:00-dək komendant saatı tətbiq edilir.

Bunu paytaxt meri Vitali Kliçko bildirib.

“Dostlar! Kiyev bu gündən komendant saatı tətbiq edir. O, saat 22:00-dan 7:00-dək qüvvədə olacaq. Bu, məcburi addımdır, lakin indiki hərbi təcavüz və hərbi vəziyyət şəraitində sakinlərin təhlükəsizliyi üçün zəruridir”, - Kliçko “Telegram” kanalında yazıb.

O əlavə edib ki, komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək. Lakin metro stansiyaları gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcək.