Azərbaycan və İsveçə arasında birbaşa aviareyslərin təşkil edilməsi, turist cəlbediciliyinin artırılması, isveçrəli turistlər üçün Azərbaycan-Gürcüstan-Türkiyə birgə səyahət marşrutunun yaradılması təklifləri üzərində müzakirələr aparılıb.

Bu barədə İqtisadiyyat.az-a "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, bu məsələlər qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyra ilə görüşündə müzakirə olunub. Tərəflər Assosiasiya ilə İsveçrənin turizm subyektlərinin qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması, kommunikasiya əlaqələrinin qurulması, işbirliyinin yaradılması, tanışlıq məqsədli infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparıb.