“AzərEnerji” ASC bir neçə yerdə dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatın yaradılması məqsədilə yeni elektrik verilişi xəttlərinin (EVX) tikintisinə başlayır.

İqtisadiyyat.az xəbər verir ki, ümumilikdə üç EVX-nin tikintisi nəzərdə tutulub.

Belə ki, 500 kV-luq birdövrəli “Abşeron YS - Nəvahi YS” və 330 kV-luq ikidövrəli “Bankə GES - Nəvahi YS” EVX-nin tikintisi, eləcə də 330 kV-luq ikidövrəli “Biləsuvar GES – Nəvahi YS” EVX-nin tikintisi və elektrikquraşdırma işləri aparılacaq.

“AzərEnerji” üç EVX-nin tikintisinin 152 milyon manata başa gələcəyini ehtimal edir.