İsveç hökuməti Ukraynada fövqəladə hallar xidmətlərinin işini gücləndirmək layihəsinə 9,7 milyon kron (920 min dollar) ayırır.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, vəsaitlər Ukraynanın Avropa İttifaqına inteqrasiyasının gücləndirilməsinə töhfə verəcək.

Məlumata görə, bu maliyyə Beynəlxalq Biznes Şurası vasitəsilə ayrılır.

 

Gözəl Həşimova