İsrail ordusu Qəzza şəhərinin şərq hissəsindəki ərazilərdən biri olan Əl-Şücayyədə təxminən iki həftə davam edən əməliyyatın başa çatdığını elan edib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

"Döyüşlər zamanı qoşunlar ərazidə onlarla terrorçunu məhv edib, həmçinin silah və rabitə vasitələrinin saxlanıldığı radikalların səkkiz yeraltı tunelini məhv edib", - məlumatda qeyd olunub. 

 Əlavə edilib ki, səkkiz tuneldən ikisi son 24 saat ərzində məhv edilib.