İsrail ordusunun tank briqadaları və artilleriyası Suriya ordusunun Suriyanın cənubundakı hədəflərini atəşə tutub.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

İsrail Müdafiə Qüvvələri Suriyanın Qolan təpələrində inşa edilən obyektlərin İsrail ilə Suriya arasında 1974-cü ildə imzalanmış və Yom Kippur müharibəsinə son qoyan müqaviləni pozduğunu bildirib. 

Bəyanatında deyilir: "Suriya ordusunu öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və İsrail ordusu atəşkəs razılaşmasını pozmaq cəhdlərinə dözməyəcək".