İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının bir neçə silahlı radikalına və hərbi obyektlərinə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında əsgərlər Livanın cənubundakı Tayr Harf bölgəsindəki hərbi obyektdə bir neçə Hizbullah terrorçusunu müəyyən ediblər. İsrail Hərbi Hava Qüvvələri terrorçuların fəaliyyət göstərdiyi hərbi obyektə hücum edib", - məlumatda deyilir.

"Paralel olaraq, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Taibe bölgəsində Hizbullahın əlavə hərbi obyektlərinə zərbələr endirib", - mətbuat xidməti əlavə edib.