Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç “YAŞAT” Fonduna ianə köçürüb. 

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Bakıdakı “Zəfər” yarmarkasını ziyarət edib. 

Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç da “YAŞAT” Fonduna ianə köçürüb.

O, bu günə qədər müəllifi olduğu kitabların satışından əldə edilən gəlirlərdən “YAŞAT” Fonduna 12 min manat ianə edib.