Gürcüstan hökuməti bu il Müdafiə Nazirliyinin büdcəsini 100 milyon lari (təxminən 36,3 milyon dollar) artıracaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

O, ölkədə ilk iki rübdə iqtisadi artımın yüksək templə müşahidə olunduğunu deyib. Baş nazirin sözlərinə görə, Səhiyyə Nazirliyinə 115 milyon lari (təxminən 41,8 milyon dollar), Müdafiə Nazirliyinə 100 milyon (təxminən 36,3 milyon dollar), Təhsil Nazirliyinə 33 milyon lari (təxminən 12 milyon dollar), Mədəniyyət və İdman Nazirliyinə 10 milyon lari (təxminən 3,6 milyon dollar), Daxili İşlər Nazirliyi və İnfrastruktur Nazirliyinə 6 milyon lari (təxminən 2,1 milyon dollar) ayrılacaq: "Bundan əlavə, Xarici İşlər Nazirliyinin büdcəsi 3 milyon lari (təxminən 1 milyon dollar), təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün bələdiyyələrin büdcəsi isə 102 milyon lari (təxminən 37 milyon dollar) artırılacaq”.

2024-cü il üçün təsdiq edilmiş dövlət büdcəsinə əsasən, Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsi 1,38 milyard lari (təxminən 501 milyon dollar) təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 110 milyon lari (40 milyon dollar) çoxdur. 

 

Sadiq Cavadov