2022-ci ilin ilk altı ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2539,7 milyon manat vəsait təmin edilib.

Bu, proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat (24,6 faiz) çoxdur.