"Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, bu, Avropa dövlətləri üçün ağrılı ola bilər, lakin bu addım Rusiya-Ukrayna münaqişəsinə son qoymağa kömək edəcək.

O, həmçinin bildirib ki, Aİ ölkələri fayda əldə etmək üçün sanksiyalardan çəkinsələr, düşmənçilik daha uzun sürəcək.