Dünya üzrə ərzaq bazarında gəlirinə görə lider ölkə Çindir. Ölkə ərzaq bazarında 1,4 trilyon dollar gəlir əldə edib. Beləliklə, Çin Yer kürəsinin ən böyük ərzaq bazarına çevrilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Hindistan ilk dəfə olaraq 814,29 milyard dolları ötərək ikinci ən böyük ərzaq bazarı olub.

Beləliklə, ABŞ həmin il üçüncü yerdə qərarlaşıb.

2023-cü ildə ərzaq bazarında ən çox gəlir əldə edən ölkələr bunlardır:

Ölkələr

Gəliri

Çin

1,4 trilyon dollar

Hindistan

814,2 milyard dollar

ABŞ

799,8 milyard dollar

Yaponiya

403,3 milyard dollar

Almaniya

237,3 milyard dollar

İndoneziya

233,4 milyard dollar

Rusiya

229,2 milyard dollar

Fransa

203,9 milyard dollar

Meksika

201,3 milyard dollar

İtaliya

185,4 milyard dollar

 

Gözəl Həşimova