“Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır”. 

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

“Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Vladimir Putin öncədən Ukraynadakı əməliyyatın “DXR” və “LXR” respublikalarına yardım etmək və Ukraynanın silahsızlaşdırma və nasizmin aradan qaldırılma məqsədi daşıdığını söyləmişdi. Bu, əslində neytral statusun tərkib hissəsidir. Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Vladimir Putin Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası nümayəndələrini Minskə göndərməyə hazırdır”.