CNN xəbər şirkəti xəbər qruplarını birləşdirmək və rəqəmsal biznesini gücləndirmək planının bir hissəsi olaraq 100-ə yaxın iş yerini ixtisar edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" bildirib.

"CNN Worldwide CEO"su Mark Tompson işçilərə yazdığı məktubunda bildirib ki, CNN xəbər toplama və rəqəmsal xəbər qruplarını birləşdirəcək, video istehsalına sərmayə qoyacaq və pullu xəbər buraxılışlarına start verəcək.

"Biz gələcəyin milyard dollarlıq rəqəmsal biznesini qururuq", - şirkətin baş direktoru qeyd edib.