Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 %-i ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20 %-nin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləğ büdcə qanunvericiliyindən çıxarılır.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu anlayışın qanunvericilikdən çıxarılması büdcə qaydasının yeni formada tənzimlənməsi ilə bağlı dəyişikliklərlə əlaqəlidir ki, bu baxımdan irad və təkliflər yoxdur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.