ABŞ administrasiyası Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd "Patriot" raket avadanlığının satışını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin məlumatında deyilir.

Məlumata görə, ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib. Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir.

Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib.

Bildirilib ki, Almaniya ABŞ-dən sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.

 

Gözəl Həşimova