Bu ilin yanvar-iyul aylarında  Azərbaycan 68,5 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 21,6 milyon dollar və ya 46% çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 30,7 min ton ət idxal edilib. 

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

 

Gözəl Həşimova