Polşanın hərbi büdcəsində 46 milyard zlotiyə (11,8 milyard dollar) ehtiyac var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

Onun sözlərinə görə, hərbi idarənin əvvəlki rəisi Mariuş Blaşçak bunda şəxsən günahkardır.

Qeyd edək ki, bu il Polşanın müdafiə xərcləri 159,9 milyard zloti (40,6 milyard dollar) və ya ÜDM-in 4,2%-ni təşkil etməlidir. 2025-ci ildə Polşanın hərbi büdcəsi ölkə tarixində ən böyük büdcəyə çevriləcək və ÜDM-in 5%-ni keçə bilər.

 

Gözəl Həşimova