Səudiyyə Ərəbistanı hakimiyyəti 2028-ci ilə qədər iqtisadiyyatın neft sektoruna xərclərini 40 milyard dollar azaltmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın “Goldman Sachs Group” bankının məlumatında deyilir.

Ölkə əsas diqqəti bərpa olunan enerji mənbələrinin və mədənçıxarmanın inkişafına yönəldəcək.

Bildirilib ki, Ər-Riyad 2030-cu ilə qədər investisiyaların təxminən 73%-ni neft hasilatı ilə bağlı olmayan iqtisadi sektorlara yönəltməyi planlaşdırır.

 

Gözəl Həşimova