Belarusun ümumi daxili məhsulu (ÜDM) bu ilin yanvar-iyul aylarında illik müqayisədə 5,5% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi (Belstat) məlumat yayıb.
Ölkənin 2024-cü il üçün inkişafının proqnoz parametrlərinə əsasən, hakimiyyət iqtisadi artımının 3,8% olacağını gözləyir.
Qeyd edək ki, 2023-cü ildə ölkə iqtisadiyyatı 3,9% artıb. Belarus hökuməti 2025-ci ildə iqtisadi artımın 4,1% olacağını planlaşdırır.
Gözəl Həşimova