ABŞ Prezidenti Co Bayden Ukraynaya 600 milyon dollar yardım, o cümlədən müdafiə sahəsinə 350 milyon dollar ianə ayırmağı tapşırıb.

ABŞ prezidentinin imzaladığı sənəddə deyilir: “Dövlət katibinə aşağıdakı səlahiyyətləri verin... Ukraynaya təcili hərbi yardım göstərsin”.

Sənədin mətnini Ağ Evin mətbuat xidməti yayıb.

Sənəddə qeyd edilir ki, ABŞ dövlət katibi Ukraynaya ayrılan 250 milyon dollar məbləğində ianənin ABŞ-ın maraqlarına uyğun olub-olmadığını öz səlahiyyətləri çərçivəsində müəyyən etməlidir.