“Növbəti illər ərzində Bakı Limanında yerləşən terminallar şirkətlərin idarəçiliyinə veriləcək”.

Bunu Bakı Limanın baş direktoru Taleh Ziyadov “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, növbəti on il ərzində gündəlikdə olan məsələ Bakı Limanında yerüstü quru liman formatını tətbiq etmək istəyirlər:

“Yəni, quru liman formatı Bakı Limanın mərkəzi hab rolunu oynamasına imkan verəcək. Liman yerüstü inzibatçı olaraq çalışacaq. Hazırda terminalların istismarı nəzarətimizdədir. Biz gələcəkdə xüsusi şirkətlərə terminalları müqavilə əsasında idarəçiliyinə verəcəyik”.

“Eyni zamanda, bu beynəlxalq şirkətlərin, regional şirkətlərin, həmçinin Avropa İttifaqından olan şirkətlərin bir araya gəlməsinə yol açacaq”, - deyə o qeyd edib.