Fransanın "Air France" şirkəti iyulun sonundan etibarən qüvvədə olan Livana uçuş qadağasının müddətini avqustun 11-dək uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında qeyd olunub.

“Livandakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, aviaşirkət Paris Roissy-Charles de Gaulle hava limanı ilə Beyrut arasında uçuşların dayandırılmasını 11 avqust 2024-cü ilədək uzadıb. Əməliyyatların bərpası bölgədə vəziyyətin dəyişməsindən asılı olacaq”, - deyə məlumatda qeyd olunub.

 

Gözəl Həşimova