Böyük Britaniyanın aviaşirkəti "British Airways" ən azı bir il müddətinə Pekinə uçuşları dayandırıb.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, şirkət ən azı 26 oktyabr 2024-cü ildən 2025-ci ilin noyabrına qədər Çinin paytaxtına uçuşlar həyata keçirməyəcək. Bununla belə, Şanxay və Honq-Konqa uçuşlar davam edəcək.

"British Airways" uçuşların dayandırılmasının səbəbini açıqlamasa da, nəşr Rusiyanın hava məkanının bağlanmasının daşımaları çətinləşdiyini və aviaşirkətin xərclərinin artığını açıqlayıb. Bildirilib ki, bu istiqamətdə uçuşlara tələbat da azalıb.

 

Gözəl Həşimova