“BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) İqtisadiyyat.az-a bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, - AYNA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, “BakıKart”da yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə edə bilmirlər.