Bu ilin yanvar-mart aylarında Azərbaycan 19,172 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,022 milyon ABŞ dolları və yaxud 5,1 % azdır.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0,8 %-ni təşkil edib.