2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50951,5 milyon manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 45458,1 milyon manat təşkil edib.