Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 449,2 milyon nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrinin əhali məlumatlarını dərc edib.

Məlumata görə, müvafiq olaraq 2023-cü ilin əvvəlində 447,6 milyon olan Aİ-yə üzv ölkələrin ümumi əhalisi 2024-cü ildə 449,2 milyona yüksəlib.

Almaniya 83,4 milyon əhalisi ilə Aİ-nin ən çox əhalisi olan ölkə olarkən, onu 68,4 milyon ilə Fransa, 59 milyon nəfərlə İtaliya, 48,6 milyon nəfərlə İspaniya, 36,6 milyon nəfərlə Polşa, 19 milyon nəfərlə Rumıniya, 17,9 milyon nəfərlə Niderland və 11,8 milyonla Belçika izləyib.

Aİ-də ən az əhalisi olan ölkələr 563 min nəfərlə Malta və 672 min nəfərlə Lüksemburq olub.

Aİ-nin əhalisinin artması Covid-19 epidemiyasından sonra immiqrasiyanın artması və Rusiya-Ukrayna müharibəsi nəticəsində Aİ ölkələrində müvəqqəti qoruma statusu alan ukraynalılarla əlaqədar olub.

 

Sadiq Cavadov