Üç il ərzində Avropa İttifaqı (Aİ) hərbi xərclərini 30%-dən çox artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bildirib.

Borrell qeyd edib ki, Avropa İttifaqı NATO-nun ÜDM-in 2%-i hədəfinə demək olar ki, çatıb.

Onun sözlərinə görə, Aİ artıq öz ordusunun yaradılmasını müzakirə etmir və bu, Avropanın ərazi müdafiəsində NATO-ya alternativ ola bilməz.

 

Gözəl Həşimova