Dünyanın ikinci ən böyük idman malları istehsalçısı olan Almaniyanın “Adidas AG” şirkəti 2024-cü il üçün gəlir və mənfəət proqnozlarını yaxşılaşdırıb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

“Adidas”ın yeni proqnozuna görə, məzənnə fərqləri nəzərə alınmadan bu il şirkətin gəlir artımı 8-9% təşkil edəcək və əməliyyat mənfəəti 1 milyard avroya çatacaq.

Əvvəllər şirkət gəlir artımını 5-9% və 700 milyon avro həcmində əməliyyat mənfəəti proqnozlaşdırırdı.

İlkin məlumatlara görə, ikinci rübdə “Adidas”ın gəliri 9% artaraq 5,822 milyard avroya çatıb. Məzənnə fərqləri nəzərə alınmadan artım 11% təşkil edib.

Məlumata görə, “Adidas”ın son rübdə əməliyyat mənfəəti 176 milyon avrodan 346 milyon avroya yüksəlib.

Şirkət valyuta dəyişmələrinin bu il onun gəlirliliyinə mənfi təsir göstərməyə davam edəcəyini gözləyir.

Qeyd edək ki, şirkətin səhmləri 3,8% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 29% artıb.

 

Sadiq Cavadov