Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2024-cü ilin 6 ayında maliyyələşdirilmiş kreditlər sənaye və aqrar sektoru əhatə edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov nazirliyin bu ilin 6 ayında fəaliyyətinin nəticələri barədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaxtı keçmiş kredit borclarının geri qaytarılması təmin edilib, hesabat dövründə 10,1 mln. manat geri qaytarılıb. Nəticədə, Fondun hesab qalığı 2,4 dəfə artaraq 16,1 mln. manat təşkil edib.

A.İsmayılov sahibkarlara çağırış edərək real sektora və Fondun prioritetlərinə aid layihələrin Fondun güzəştli vəsaitləri hesabına maliyyələşmədən yararlanmağa dəvət edib.