Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.06.2024 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

İqtisadiyyat.az-ın ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 63,8% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.03.2024 tarixinə - 66,4%) ilə 2,6 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 18,6%-i "AA" reytinqli, 10,3%-i "A" reytinqli, 7%-i "BBB" reytinqli, 0,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 20,5%-i 0-1 il (0,5 faiz bəndi azalma) 27,1%-i 1-3 il (0,2 faiz bəndi artım), 24,3%-i 3-5 il (1,2 faiz bəndi artım), 28,1%-i isə 5 ildən artıq (1,1 faiz bəndi artım) müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 931,5 mln. dollara çatıb.