Qırğızıstan Prezidenti Sadır Japarov əcnəbilərə İssık-Kul kurort bölgəsindəki turizm obyektlərinə xüsusi mülkiyyət hüququ verən qanun imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sənəddə “İssık-Kul” ekoloji-iqtisadi sisteminin davamlı inkişafı haqqında” qanuna dəyişiklik edilir. Beləliklə, artıq əcnəbi və hüquqi şəxslər torpaq sahələri istisna olmaqla, gölün yaxınlığındakı istirahət obyektlərini ala biləcəklər.