Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin olunub. 

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. 

Bununla bağlı Prezident İlham Əliyev iyul ayının 15-də müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, S. Mehdizadə, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.