İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün 11 ədəd yük avtomobili alır. 

Bu barədə dövlət satınalmalarının saytında məlumat yerləşdirilib. 

Artıq elan olunan açıq tenderə yekun vurub. Tenderin qalibi "Az-Tex-Import" MMC-dir. Bununla bağlı sözügedən şirkətə 1822510 AZN ödəniləcək.

Qeyd edək ki, yük avtomobillərinin alınması ilə bağlı tender ötən ayın 27-də elan edilib.